Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist 4 ildir telefonsuz qalıb: ''İşlətmirəm...'' - VİDEO

Əməkdar artist 4 ildir telefonsuz qalıb: ''İşlətmirəm...'' - VİDEO

Tarix: 7 Yanvar 2022 16:45

Əməkdar artist Aygün Bəylər telefon işlətmədiyini deyib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" verilişində danışıb. İfaçı 3-4 ildir telefon işlətmədiyini söyləyib:

"Zənglərə hər zaman özüm cavab vermişəm. Canta daşıyanım, prodüserim, telefona cavab verənim olmayıb. Amma yorulmuşam, xahiş etmişəm mənim telefonla işim olmasın".

Müğənni geyimlərindən də danışıb: "Geyimə çox pul xərcləmirəm. Amma hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər. Uşaq olanda bahalı geyim, maşın gözəl olur. Böyüyəndə isə yox. Mənə o qədər brilyant üzük, nələrsə veriblər. İstifadə etmədiyim üçün hamısını başqalarına bağışlamışam".


Etiketlər:  Əməkdar artist ildir telefonsuz qalıb İşlətmirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ