Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 22:02
Rumıniyada fövqəladə vəziyyətin müddəti daha 30 gün uzadılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkə koronavirusun beşinci dalğasının qarşısını almaq üçün addımlar atır.
Avropa İttifaqından kənar ölkələrdən gələnlərə mənfi PCR testi göstərmək öhdəliyi qalır - bu, hətta peyvənd olunmuşlara da aiddir. Yanvarın 8-dən tekstil maskalarına qadağa qüvvəyə minir, yalnız tibbi və ya tənəffüs tipli FFP2 taxmaq olar. İctimai iaşə müəssisələrinin iş saatlarına yenidən baxılıb, tamaşalar və idman tədbirlərinə məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər hər bir fərdi yaşayış məntəqəsində xəstələnmə səviyyəsindən asılı olacaq.
Mağazalar və restoranlar saat 22:00-da bağlanır, açıq hava konsertlərinə beş yüzdən çox adam, mitinqlərə isə yüzə qədər iştirakçı gələ bilər.