Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 08:18
Çin Elmlər Akademiyasının alimləri bildiriblər ki, Omicron ştamının siçanlardan əmələ gəldiyini iddia ediblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, gəmiricilər koronavirusa ilkin olaraq insanlardan yoluxublar. Daha sonra virus heyvanlarda mutasiya etməyə başlayıb və bu, COVID-19-un yeni variantının ortaya çıxmasına səbəb olub.
Qeyd edək ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, mikrobioloq Vitali Zverev Omicron ştamının koronavirusa qarşı immun çatışmazlığı olan insan orqanizminə daxil olmasından sonra yarana biləcəyini ehtimal etmişdi. O, koronavirus infeksiyasının siçandan insana keçməsi nəticəsində "omikron"un əmələ gəlməsi haqda fikirləri qəbul etmədiyini vurğulayıb.