Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda məhkəmə işçiləri aksiya keçirdi

İranda məhkəmə işçiləri aksiya keçirdi

Tarix: 8 Yanvar 2022 20:22

İranda məhkəmə sistemi işçiləri etiraz aksiyası keçirib.

Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Etirazçılar parlamentdə məhkəmə sistemi işçilərinin maaşlarının artırılması layihəsinin qəbul olunmamasına və sosial vəziyyətlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirib.

İran parlamenti yanvarın 5-də məhkəmə sistemi işçilərinin və hakimlərin maaşlarının artırılması layihəsinin əleyhinə çıxıb.

Sosial şəbəkələrdə yayılmış videolardan görünür ki, paytaxt Tehranda bir qrup məhkəmə sistemi işçisi prezident İbrahim Rəisinin əleyhinə şüarlar səsləndirib.


Etiketlər:  İranda məhkəmə işçiləri aksiya keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ