Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Tarix: 9 Yanvar 2022 16:54

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı xəstəliyə yoluxmuş şəxs ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini K.Qurbani koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib. K.Qurbani şəhər ərazisindəki çay evlərinin birində olduğu aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Etiketlər:  Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ