Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Tarix: 2 Sentyabr 2019 11:16

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib:

"Qeyd edirik ki, "[email protected]" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı [email protected]ır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta mail göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ