Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnanıran ki, debüt ifam Alfred obrazı ilə yenidən dinləyicilərin etimadını qazanacağam” - Ramil Qasımov

“İnanıran ki, debüt ifam Alfred obrazı ilə yenidən dinləyicilərin etimadını qazanacağam” - Ramil Qasımov

Tarix: 10 Yanvar 2022 13:21

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. 

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) "Kameliyalı qadın" əsərindən operaya uyğunlaşdırılan "Traviata", Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli yoxuşlu həyatını əks etdirir. Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının böyük heyətlə çıxış edən solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq.

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarında Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər. Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan tamaşada digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) iştirak edəcəklər. 

Tamaşanın baş rol ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, "Traviata" dahi Cüzeppe Verdinin yazdığı operalar sırasında özünəməxsusluğu ilə hər zaman seçilən və İtaliya musiqisində ədəbi olaraq iz qoymuş çox tarixi və klassik operalardandır. Bildiyiniz kimi, əbədiyaşar tamaşada oynadığım Alfred obrazı debüt ifamdır. Deyim ki, bu obraz çox fərqli və özünəməxsus kolaritli obrazdır. Məndə öz növbəmdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi öhdəmə düşən rolun üzərindən gəlməyə çalışıram. Həmçinin, tamaşanın dirijoru Xalq artisti Fəxrəddin Kərimovun çox məsuliyyətli və qızğın məşqləri hər birimizə böyük şövq verir və bunu tamaşada mənimlə tərəf müqabili olan bütün dostların təsdiq edə bilərlər.

Qeyd edim ki, hər bir opera, hər bir tamaşa mənim yaradıcılığımda yeni bir nəaliyyətdir və böyük bir uğurdur. Bu gün ölkəmizdə klassik vokal sənətinin təbliği və inkişafı üçün geniş zəmin yaradılıb, misilsiz işlər görülüb və qürur hissi ilə deyə bilərəm ki, məndə bu yolda əlimdən gələni edirəm və edəcəyəm. Hətta xeyli müddətdir ki, xüsusi müəllim ilə italyan dilini öyrənirəm. Fikrimcə klassik vokal sənətinə  hər zaman ciddi yanaşmaq və daha ciddi məşğul olmaq tələb olunur. İtalyan dilini öyrənməyim ifamın mükəmməlləşməsi, obrazların daxili aləmini daha yaxından anlamağım, qəhrəmanların hiss və həyacanlarını istənilən səviyyədə ifadə edə bilmək baxımından çox vacibdir.

Sonda fürsətdən istifadə edib teatrımızın bütün yaradıcı və texniki heyyətinə uğurlar arzulayıram.

Milli.Az


Etiketlər:  İnanıran ki debüt ifam Alfred obrazı ilə yenidən dinləyicilərin etimadını qazanacağam Ramil Qasımov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ