Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 08:44
Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və o, özünü təcrid edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə siyasətçi özünün tviter səhifəsində yazıb.
"Sizə bildirirəm ki, mən COVID-19-a yoluxmuşam və əlamətlər yüngül olsa da, təcrid olunmuş vəziyyətdə qalacam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracam", - dövlət başçısı bildirib. Prezident həmçinin yazıb ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopez Hernandez əvəz edəcək.
2021-ci ilin dekabrında Meksika Prezidenti "AstraZeneca" koronavirus peyvəndinin üçüncü dozasını alıb. Altmış səkkiz yaşlı dövlət başçısına mətbuat konfransı zamanı buster vaksin vurulub.
Xatırladaq ki, o, bir il əvvəl də COVID-19 xəstəsi idi - Lopez Obrador 24 yanvar 2021-ci ildə koronavirusa yoluxduğunu elan etmişdi. Prezidentin sözlərinə görə, həmin vaxt onda infeksiyanın yüngül əlamətləri vardı.