Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 17:15
Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri, "Paşa" ləqəbli qazimiz Banipaşa Əvəzin aktyor Oktay Kaynarcaya medalını hədiyyə etməsi müzakirələrə səbəb olub.
Sonxeber.net xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı olay-a açıqlamasında onu tənqid edənlərə cavab verib:
"O, Türkiyənin məşhur sənətçisidir. Hər zaman vətənpərvər, xalqını sevən, milləti və dövləti uğruna canından keçən obrazları canlandırıb. Bir sözlə, izləyicilərinə nümunə olub. 2004-cü ildən filmlərini izləyib zövq aldığım, sevdiyim bir qardaşımdır. Bir XTQ mənsubu, vətəni, dövləti, xalqı, milləti, türkçülüyü qoruyub və inkişafına şərait yaradan insan kimi özümə borc bildim.
Ürəyimdən gəldi, sinəmdəki Müzəffər Ali Baş Komandanımızın mənə təqdim etdiyi "İgidliyə görə" medalını Oktay qardaşa hədiyyə etdim. Mən dövlətim, vətənim üçün igidlik, şücaət göstərməyə davam edirəm. Allah bizi bu yolda sabit və qüvvətli etsin. Düşmənlərimizi əlimizlə məhv etmək nəsib olsun. Allah böyükdür. İnşallah bundan sonra da bütün qələbələr bizimdir".