Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 19:50
Dekabrın ortasında Rusiya mediasında 18 yaşlı Diana Ankudinova adlı qızın "Eurovision 2022"yə qatılma ehtimalının olması haqda xəbər yayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Diananın bu il Rusiyanı təmsil etməyə hazırlaşdığı vurğulanıb. Saytlarda müğənninin namizədliyi ilə "НТВ"nin baş direktoru Teymur Vaynşteynin maraqlandığını yazıb.
Atası azərbaycanlı olan Diana "Ты супер!" və "Шоумаскгоуон" layihələrinin qalibi olub. Diana "Eurovision"la bağlı söz-söhbətə münasibət bildirib.
"Orada hər şey çətindir. "Eurovision" əlbəttə möhtəşəmdir. Amma ora düşmək çətindir. Ora getmək üçün ciddi əlaqələrin olmalıdır. Bəlkə də, mənim ora getmək məqsədim var. əgər dəvət etsələr, razılaşaram. Ancaq bu da şərtlərlə əlaqədardır".