Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 22:50
"Rusiyanın tələblərinə baxmayaraq, NATO-nun qapıları bütün ölkələr, o cümlədən Ukrayna üçün açıq qalacaq".
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində Rusiya, ABŞ və NATO arasında keçirilən danışıqları dəyərləndirən zaman bildirib.
O qeyd edib ki, Rusiya öz hərəkətləri ilə beynəlxalq təhlükəsizliyin əsaslarını sarsıdır və prezident Vladimir Putin bu hərəkətləri hadisələri sürətləndirmək üçün edir.
"Rusiya 2014-cü ildə Krımı ələ keçirmədən və Ukraynanın şərqini işğal etməzdən əvvəl, bəlkə də Ukrayna əhalisinin dörddə biri onun NATO-ya daxil olmasını dəstəkləyib. İndi 60%-ə yaxındır", - deyə Blinken bildirib.
Onun sözlərinə görə, Rusiya öz hərəkətləri ilə beynəlxalq münasibətlərin əsas prinsiplərini pozur, bu prinsiplərə görə bir xalq digərinə siyasi qərarlar diktə edə bilməz.