Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 12:10
ABŞ-ın keçmiş gözəllik kraliçası Olivia Kulpo geyiminə görə təyyarəyə buraxılmayıb.
Sonxeber.net xəbər verir ki, onun geyimi çox açıq-saçıq hesab edilib, buna görə model paltarlarını dəyişməli olub.
Modelin ABŞ-dan Meksikaya getmək istədiyi qeyd edilib. Ona deyilib ki, əyninə üstdən bir şey geyinməsə, təyyarəyə buraxılmayacaq.
29 yaşlı model aviaşirkətin tələbini yerinə yetirib, ancaq bununla bağlı "Instagram" hesabında paylaşım etdikdən sonra məsələ ictimailəşib.
Aviaşirkət məsələyə hər hansı reaksiya verməkdən imtina edib.