Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 12:12
Rusiya, ABŞ və NATO arasında aparılan danışıqlarda rus diplomatlar xəbərdarlıq ediblər ki, Vaşinqton güzəştə getməsə, Moskva nüvə raketlərini Amerika sahillərinə yaxınlaşdıracaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Bildirilib ki, Rusiya nümayəndələri bunu açıq şəkildə deməyiblər və raketin hara yerləşdirilə biləcəyi barədə heç nə söylənilməyib.
Müəlliflər rus diplomatlarının eyhamlarına nə dərəcədə ciddi yanaşmaq lazım olduğunu qiymətləndirməkdə çətinlik çəkiblər. Onlar qeyd ediblər ki, baş verənlər Karib böhranını xatırladır.