Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 14:40
İki ay bundan əvvəl vəfat edən Rusiyanın Xalq artisti Aleksandr Qradskinin xanımı Marina Kotaşenkoya qarşı quldurluq edilib.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, üç nəfər naməlum şəxs qadının avtomobilinə minərək onu silahla hədələyib, evinə - Naro-Fominsk bölgəsinə qayıtmağa məcbur edib.
Sözügedən şəxslər evə gəldikdən sonra 100 milyon rubl (2,2 milyon manatdan çox) pul götürərək ərazidən uzaqlaşıblar.