Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var

Abu-Dabidə neftlə dolu üç tanker partladıldı - ölənlər var

Tarix: 17 Yanvar 2022 15:30

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu- Dabi şəhərində 3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən bildirir ki,  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partladılıb. 

Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb.

İlkin məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.

Yəməndəki husi qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

3 tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.


Etiketlər:  Dabidə neftlə dolu üç tanker partladıldı ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ