Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 19:55
Aparıcı Elgiz Əkbərin başına iş gəlib.
Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, o, həftəsonu yediyi balıqdan zəhərləndiyini deyib. Bu haqda Elgiz "Elgizlə izlə" proqramında danışıb.
"Üstümə iki dəfə təcili yardım gəldi. Qəfildən başımdan ağrı qalxdı, təzyiqim 180-ə qalxdı. Az keçmədən 200 oldu. Təcili yardım gəldi, mədəmi yudular. Məlum oldu ki, balıqdan zəhərlənmişən. Balığı bizə kim gətirmişdi deməyəcəm. Pərvanə (aparıcı - Pərvanə Tahirqızı) və Şəfiqə xanım (vəkil Şəfiqə Nağıyeva) da yemişdi. Onlar da pis olub. Balığı gətirən özü yemədi, dostumuzdur" deyə, Elgiz əlavə edib.