Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 21:50
Sakit okeandakı Xunqa-Tonqa-Xunqa-Xaapay sualtı vulkanının püskürməsi nəticəsində yaranmış sunami Azor adalarında, Madeyreda və Penişi kurort şəhərində dənizin səviyyəsinin dəyişməsinə səbəb olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, zərbə dalğası müxtəlif okeanlara yayılıb. Portuqaliyanın bütün sahilyanı zonasında dəniz səviyyəsinin yarım metrə qədər dəyişməsi müşahidə olunub.
İnstitutun məlumatına görə, Xunqa-Tonqa-Xunqa-Xaapay vulkanının püskürməsi o qədər güclü olub ki, yer qatının silkələnməsi vulkandan minlərlə kilometr məsafədə də hiss edilib, hətta Yer kürəsinin əks tərəfində də atmosfer təzyiqinin dəyişmələri qeydə alınıb.