Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reper cinsi istismarda ittiham olunur - "O səs" müsabiqəsi dayandırıldı

Reper cinsi istismarda ittiham olunur -

Tarix: 18 Yanvar 2022 19:50

"O səs Hollandiya" mahnı müsabiqəsinin yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb yarışmanın adının cinsi istismar iddialarında hallanması olub.

Bildirilib ki, şounun heyətinin seksual xarakter daşıyan davranışları və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddialarına görə proqram müvəqqəti olaraq ləğv olunub. Bundan başqa verilişin komandasına qarşı istintaq başladılıb.

Qalmaqalın üzə çıxmasından sonra proqramın qrup rəhbəri Cerun Ritbergen də istefa verib. O, bütün bunlardan xəbərsiz olduğunu açıqlayıb.

Vəkillərin sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalarda proqramın münsifi, reper Ali B-nin adı çəkilib. Lakin o, iddihamları sosial media hesabında paylaşım edərək rədd edib.

Ölkə prokurorluğu cinayət işinin açıldığını təsdiqləyib. Hazırda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Reper cinsi istismarda ittiham olunur O səs müsabiqəsi dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ