Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 23:04
Qazaxıstanda iğtişaşlar başlayarkən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ölkənin bütün ərazisində ləğv edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00) ölkənin bütün regionlarında fövqəladə vəziyyət rejimi başa çatıb.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi prezident Qasım-Jomart Tokayevin əmri ilə 5 yanvar tarixində tətbiq edilmişdi.