Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 16:55
Azərbaycanda "Miss Global 2021" gözəllik müsabiqəsi keçirilib.
Sonxeber.net xəbər verir ki, yarışmanın qalibi Iran əsilli Röya Şirzadi olub. Sosial şəbəkələrdə görüntüləri yayılan Röya müzakirələr yaradıb. Bəziləri onun xarici görkəminin gözəllik kriteriyalarına cavab vermədiyini deyib.
Məşhur stilist Anar Ağakişiyev Röyanı müdafiə edib. O, Şirzadinin çox gözəl xanım olduğunu vurğulayıb:
"Çox da gözəl qızdır! Mən qızı tanımasam da ona dəstək olmaq lazımdır. Türkiyəli aktrisa Cansu Dereye oxşayır. Sadəcə bu qız bu sektorda yenidir. Özünə daha da yaxşı baxsa, arıqlasa Cansu Dereye bənzəyəcək".