Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd qətlə yetirilib

Kolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd qətlə yetirilib

Tarix: 3 Sentyabr 2019 05:24

Bakı. Trend:

Kolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd olan Karina Qarsiya silahlı hücum nəticəsində qətlə yetirilib.

Trend-in "NTN24" telekanalına istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində siyasətçini müşayiət edən daha 5 nəfər öldürülüb. Onların kimliyi müəyyən edilməyib.

Bildirilir ki, Kolumbiyanın hüquq-mühafizə orqanları insident ilə bağlı araşdırmaya başlayırlar.

İlkin məlumata əsasən, hücumu iki cinayətkar həyata keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd qətlə yetirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ