Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Əfqanıstana humanitar yardım göndərəcək

Türkiyə Əfqanıstana humanitar yardım göndərəcək

Tarix: 19 Yanvar 2022 23:32

"Əfqanıstanda 13 milyonu uşaq olmaqla 19 milyona yaxın insan təcili ərzaq çatışmazlığından əziyyət çəkir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.​​​​

Prezident qeyd edib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası və 10 Qeyri Hökumət Təşkilatının dəstəyi ilə bu ölkəyə xeyriyyə məqsədilə 700 ton ərzaq, geyim, səhiyyə və təcili yardım məhsulları daşıyan qatarı göndəriləcək.

Milli.Az


Etiketlər:  Türkiyə Əfqanıstana humanitar yardım göndərəcək


RƏYLƏR