Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb

Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb

Tarix: 20 Yanvar 2022 08:20

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi krallığın şimalındakı Turaif bölgəsində havanın temperaturunun kəskin şəkildə mənfi 6 dərəcəyə enməsini qeydə alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu, ölkədə son 30 ilin ən aşağı temperaturudur.

Qeyd olunur ki, Turaifada gecə şaxtaları güclü qar, digər şimal rayonlarında isə zəif yağışla müşayiət olunub.

Meteoroloqların məlumatına görə, krallığın şimalında anomal soyuqlar bu həftənin sonuna kimi davam edəcək.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb


RƏYLƏR