Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 14:54
Polşanın "Legiya" klubu komandanın təlim-məşq toplanışına qatılmaqdan imtina edən Mahir Emrelini özbaşınalığına görə cəzalandırmaq niyyətindədir.
Sonxeber.net xəbər verir ki, fanat.az-ın əldə etdiyi ən son məlumata görə, Varşava təmsilçisi Azərbaycan millisinin hücumçusunu heyətinə qatmaq istəyən 8 klubun heç biri ilə razılığa gələ bilməyib.
Emrelini rənglərinə bağlamaq hədəfi ilə "Legiya"ya elçi düşənlər arasında Zaqreb "Dinamo"su, Krakov "Visla"sı, eləcə də, Türkiyənin iki Super Liqa təmsilçisi - "Başakşehir" və "Sivasspor" da var.
Daha öncə azərbaycanlı oyunçunu 2,5 milyon avrodan aşağı məbləğə heç yerə buraxmayacağını bəyan edən varşavalılar vəziyyəti bir qədər də qəlizləşdirib. Belə ki, idarəçilərin son məsləhətləşməsindən sonra Mahir üçün yeni təzminat məbləği müəyyənləşdirilib - 3 milyon avro.
Təbii, bu məbləğ millimizin üzvünü transfer etmək fikrinə düşənlərin təxmin etdiyindən dəfələrlə çoxdur. "Legiya"nın prinsipial mövqeyi Emrelini istəyənlərin hər birinin geri çəkilməsini, daha uyğun variant axtarmasını şərtləndirir.