Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 16:54
Hava nəqliyyatı sahəsi və onunla birlikdə turizmin bərpası ilə bağlı 2022-ci il üçün daha bir optimist proqnoz bu dəfə Eurocontrol tərəfindən səsləndirilib. Avropa hava naviqasiya təhlükəsizliyi təşkilatının analitikləri, koronavirusla bağlı vəziyyət yaxşılaşdıqdan sonra 2022-ci ildə sürətli bərpanın 2019-cu ildə hava səyahəti səviyyəsinə yaxın olacağını proqnozlaşdırırlar. Agentliyin məlumatına görə, Avropada hava nəqliyyatı keçən ilin sonuna qədər, AB-də omikron virusu yayılanadək davamlı olaraq bərpa edilib və yayda 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin 70%-nə çatıb.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, əlavə məhdudiyyətlərə baxmayaraq, dekabr ayı trafiki 2019-cu ilin eyni ayının 78%-nə yaxındır.
"Omikron variantı ilə bağlı problemlər səbəbindən vəziyyət çətin olaraq qalır. Bu, bir çox Avropa aviaşirkətini yanvar ayında tutumunu 30%-ə qədər azaltmağa məcbur edir. Pandemiya səbəbindən uçuşlar da ləğv edilir. Lakin vəziyyət yaxşılaşdıqdan sonra biz tez bərpa və 2019-cu ilin trafik səviyyəsinə qayıdış gözləyirik" Eurocontrol-un baş meneceri Eamonn Brennan bildirib.
O, həmçinin qeyd edib ki, loukosterlər bu yay ənənəvi daşıyıcılardan daha sürətli bərpa olunub, bəziləri artıq avqust ayından 2019-cu ilin səviyyəsində fəaliyyət göstərir. Beləliklə, Ryanair ili ən yüksək sərnişin tələbatına malik Avropa daşıyıcısı kimi başa vurub və tutumunu "ilin son aylarında 2019-cu il səviyyəsinin 100%-dən çoxuna" yüksəldib. Bunun əksinə olaraq, dekabr ayında easyJet uçuşları 2019-cu illə müqayisədə hələ də 33%, British Airways uçuşları isə 46% azalıb. 2021-ci ildə Avropa üzrə ümumi trafik 2019-cu ilin səviyyəsinin 56%-ni təşkil edib.