Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı (FOTO)

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı (FOTO)

Tarix: 3 Sentyabr 2019 11:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.

Bu barədə Trend-ə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər. Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.

Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı (FOTO) Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı (FOTO)


Etiketlər:  Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ