Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 02:28
Bakı. Trend:
ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bürosunun rəsmi "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Haiti: səfirliyin arxa girişində odlu silahdan atəş açılır. Sığınacaqlarda gizlənmək əmri səfirlik kompleksinin ərazisində qüvvədədir. Əgər siz səfirliyə gedirsinizsə, gizlənmək üçün təhlükəsiz yer tapın".
Haiti höküməti hələki insidenti şərh etməyib. Silahlı insidentlə əlaqədar saxlanılanlar barəsində məlumat verilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin