Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təsadüf, yoxsa qanunauyğunluq?

Təsadüf, yoxsa qanunauyğunluq?

Tarix: 22 Yanvar 2022 19:22

Bəzi insanların belə dediklərinə də rast gəlmək olur: "Əgər altı meymun yazı makinasının qarşısına əyləşib onun düymələrinin üzərinə milyard il döyərsə, böyük ehtimal vardır ki, onların yazdığı bəzi səhifələrin arasında Şekspirin sonetlərinin birinə rast gəlmək olar." Hind mütəfəkkiri Vahidəddin Xan bu sözləri ingilis yazıçı-ateist C. Xakslinin kitabından sitat gətirdikdən sonra belə yazmışdır: "Bu cür ifadələr və onlara verilən məna - ağ yalandır. Çünki, bu günə qədər belə möhtəşəm şeylərin yaranmasına gətirib çıxaran təsadüflər elmə məlum deyildir." Bundan sonra o bu fikiri təkzib edən başqa bir alimin sözlərini gətirir: "Həyatın təsadüf nəticəsində yaranması fikiri böyük bir lüğətin nəşriyyatda partlayış nəticəsində əmələ gəlməsi fərziyyəsinə bənzəyir. Kitabın sonunda Vahidəddin Xan ehtimal nəzəriyyəsinə əsasən kainatın təsadüflər nəticəsində yaranmasının riyazı nöqteyi-nəzərdən mümkün olmadığını qeyd edir. O öz sözlərini təsdiq etmək üçün amerika alimi Kressi Morrisonun belə dediyini sitat gətirir: "Əgər biz on dəmir pul götürsək, onların üzərinə birdən ona qədər olan ədədləri yazıb onları cibimizə atsaq, yaxşıca qarışdırdıqdan sonra onları birdən ona qədər olan ardıcıllıqla, çıxardılan hər bir pulu yenidən cibə atmaq şərti ilə çıxartmağa çalışsaq, onda birinci olaraq üzərinə bir ədədi yazılan pulun çıxarılmasının ehtimalı onda birə bərabər olar. Pulların birdən ona qədər olan ardıcıllıqla çıxarılmasının ehtimalı isə on milyardda birə bərabərdir." Əgər bu kainat təsadüf nəticəsində yaransaydı, onun əmələ gəlməsi nə qədər davam etməliydi? Bu formalaşmanın ehtimalını hesablamaq çox çətindir, qaldı ki, onu təsəvvür etmək! Həqiqətən, kainatdakı bütün varlıqlar kainatın hər şeyi bilən, hər şeydən xəbərdar olan Müdrik Xaliq tərəfindən yaradılmasına işarə edir. Lakin bu həqiqəti görmək istəməyən insan necə də haqsız və nadandır: "Qoy ölsün kafir insan! O necə də nankordur! Qoy baxıb görsün Allah onu nədən yaradıb? Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbirə yerləşdirdi. İstədiyi bir zaman onu dirildəcəkdir. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir. Qoy insan yediyinə diqqət yetirsin bir az! Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitirdik" (Əbəsə, 17-31). Əgər insanın qidası yerin və göyün iştirakı ilə bu cür mükəmməl üsul ilə yaradılırsa, onda insanın yaranması və formalaşması necə təsadüf nəticəsində ola bilər?


Etiketlər:  Təsadüf yoxsa qanunauyğunluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ