Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb

Tarix: 23 Yanvar 2022 13:54

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Balakəndə 75 yaşlı kişi yanaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ