Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər

Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər

Tarix: 23 Yanvar 2022 15:24

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda Niderland millisinin sükanı arxasına keçə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Niderland Futbol İttifaqı ispaniyalı mütəxəssislə danışıqlara başlayıb. Qurumun Qvardiolanı razı salmaq üçün bütün mümkün variantlardan istiadə edəcəyi bildirilib.

Daha əvvəl 51 yaşlı baş məşqçi müqaviləsinin sonunda "şəhərlilər"dən ayrılmaq və hər hansı yığmaya rəhbərlik etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın "Mançester Siti" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Milli.Az


Etiketlər:  Qvardiola Niderland millisinin baş məşqçisi ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ