Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 13:32
“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ölkəsinin ən güclü futbolçusu seçilib.
Qol.az-ın xəbərinə görə, ona Quinas de Ouro mükafatı təqdim olunub. Bu mükafatı Portuqaliya Futbol Federasiyası təsis edib. Ronaldo sorğuda Joau Feliks, Bruno Fernandeş, Bernardo Silva və Ruben Neveşi qabaqlayıb.
O, 2007-ci ildən üzə bəri ardıcıl dördüncü, ümumilikdə onuncu dəfə bu mükafata layiq görülüb. Ronaldo yalnız 2010 və 2014-cü illərdə ən yaxşı oyunçu ola bilməyib.