Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimova xəstəliyə tutulub: Günləri sayıram...

İradə İbrahimova xəstəliyə tutulub: Günləri sayıram...

Tarix: 24 Yanvar 2022 12:15

Türkiyədə yaşayan müğənni İradə İbrahimova koronavirusa yoluxub. Sonxeber.net xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: 

Özümü tanıdığım ilk gündən bəri məsafəsiz günüm olmadı. Məsafə mənim qalxanım, bir parçam oldu. Koronovirusla bərabər təkrar məsafə saxladıqlarım, geri çəkildiyim, yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Bu virusa gəlincə, gəldiyi kimi gedəcəyini bilirəm. Yaradan yaratdığı kimi yox da edəcək. Hələki vəzifə başında olduğunu da, bizləri tərbiyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün məndə çox əmək verdim açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam. Evin ən "pozitiv"i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə "neqativ"ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir həm də düşündürür... Demək mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir.

Bu arada "yaxşıyam, narahat olmayın!" deməyi unutmuşam. Bu səhər bir qızıma, bir də oğluma baxdım və inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşaqlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur istər qadın, istər kişi olsun vicdanlı, xoş görülü, mərhəmətli olmaq, əl uzatmaq insan olmaqla, insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı, günotada axşamı soruşan, uşaqların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun! Ürəyimdən xəstəlikdə, sağlıqda, yaxşı gündə, pis gündə deyərək illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki, dualarınızla, xoş diləklərinizlə geyinib-keçinəcəm. Yaxşı ki, varsınız!

Sağlıq! Sağlıq! Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat".


Etiketlər:  İradə İbrahimova xəstəliyə tutulub Günləri sayıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ