Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qohumları intihar edən azərbaycanlı DJ-i onunla səhv saldılar - FOTOlar

Qohumları intihar edən azərbaycanlı DJ-i onunla səhv saldılar - FOTOlar

Tarix: 24 Yanvar 2022 16:40

Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış diceyi Bəxtiyar Əlicanov (DJ Baxti) intihar edib. Tanınmış musiqiçi mənzilində özünü asaraq həyatına son qoyub.

Milli.Az xəbər verir ki, Azərbaycanda eyni adlı digər dicey Bəxtiyar Abasov (DJ Baxa) da fəaliyyət göstərir. Dj Baxa Big.az-a açıqlama verərək bildirib ki, izləyicilər və qohumları bu məlumatı səhv anlayıblar. Belə ki, hər kəs vəfat edənin Bəxtiyar Abasov olduğunu düşünüb.

"Mediada yayılan xəbərlərdən yaxınlarım və izləyicilər narahat olublar. Hər kəs mənə yazır. Xahiş edirəm hər kəsə məlumat yayasız ki, intihar edən şəxs mən deyiləm. Həmin musiqiçinin ailəsinə görə də pis oluram".

Milli.Az


Etiketlər:  Qohumları intihar edən azərbaycanlı DJ i onunla səhv saldılar FOTOlar


RƏYLƏR