Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 00:24
Ukraynanın Krım vilayətinin polisi 58 yaşlı qadının dəhşətli qətlinin üstünü açmağa müvəffəq olub. Müstəntiqlər müəyyən ediblər ki, qadını əri öldürüb.
Sonxeber.net kp.ru-ya istinadən xəbər veri ki, izlərini gizlətmək üçün 63 yaşlı Simferopol sakini qadın meyitini qəbirstanlıqda gizlədib. Maraqlıdır ki, qadının əri özü hüquq-mühafizə orqanlarına müraciət edərək arvadının itkin düşdüyünü bildirib. Polis burada nəsə bir müəmma olduğu qənaətinə gəldikdən sonra həyat yoldaşının avtomobilini yoxlamaq qərarına gəlir. Avtomobildə qan izləri aşkar edilib. Ekspertiza onların itkin düşən qadına aid olduğunu göstərib. Polis ekspertizanın nəticələrini təqdim etdikdən sonra həmin şəxs qətli etiraf edib və arvadının meyitini qəbirstanlıqda gizlətdiyini bildirib.
Anar Əli