Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 05:56
Bakı. Trend:
Polis və FTB-nin əməkdaşları ABŞ-ın Kaliforniya ştatında terror aktının qarşısını alıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha əvvəl ABŞ Silahlı Qüvvələrində xidmət edən şəxsi saxlayıblar.
Məlumata əsasən, saxlanılan şəxs Kaliforniyanın cənub hissəsində bir neçə yerdə terror aktı törətməyi planlaşdırırmış.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin