Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 10:40
İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.
Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.