Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı jurnalist Britaniyada əxlaqsızlığa görə həbs olundu

Azərbaycanlı jurnalist Britaniyada əxlaqsızlığa görə həbs olundu

Tarix: 26 Yanvar 2022 15:42

Bir neçə il öncə Böyük Britaniyaya siyasi sığınacaq almaq ümidi ilə üz tutan 34 yaşlı Ceyhun Zeynalov həbs olunub.

Özünü jurnalist kimi təqdim edərək vaxtilə Azərbaycanda təqiblərə məruz qaldığını iddia edən şəxslə bağlı cinayət hadisəsi Stok-on-Trent şəhərində baş verib.

Milli.Az-ın məlumatına görə, "Zeynalov şirniyyat üçün mağazaya gedərkən psixi xəstəlikdən əziyyət çəkən qadına qarşı seksual zorakılığa yol verib.

"Zeynalov ona içki içməyi təklif etsə də, qadın bundan imtina edib. Bununla belə, Zeynalov sakitləşməyib və bir şüşə araq alıb. Zərərçəkmiş mağazanı tərk etdikdən sonra yenidən onun arxasınca düşüb. Prokuror Ben Lourens bildirib ki, kişi onu sürüyərək Müqəddəs Mark kilsəsinin ərazisinə gətirib. Qadın da qorxusundan onun göstərdiyi yerə gedib. Ona toxunmağa başlayıb. Lakin qadın imtina edəndə, gödəkçəsini çıxarıb əlini sinəsinə aparıb. Sonra öpmək istəsə də qadın qaçıb. Zeynalov şalvarını çıxarmaq istəyəndə qadın oradan qaçıb uzaqlaşa bilib. Evdə zərərçəkən anasına hər şeyi danışıb. O, polisə müraciət edib və tezliklə Zeynalov həbs edilib.

Zərərçəkmiş deyib: "Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Bu hadisədən sonra ora getmək həvəsim sönüb. İndi küçədə tanımadığım kişiləri görəndə narahat oluram. Baş verənlərdən sonra anam məndən çox narahat olmağa başlayıb". Ceyhun Zeynalovun üç uşaq atası olduğu bildirilir. Sığınacaq axtaran şəxs olaraq həftədə 198 funt sterlinq alır. Hazırda 13 illik evlilikdən sonra Zeynalovun ailəsindən ayrı yaşadığı iddia edilir. Əvvəlcə o, özünü təqsirli bilməyib, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib, lakin sonra buna baxmayaraq, intim əlaqəyə girməyə çalışdığını etiraf edib.

Hakim Zeynalovu 18 ay şərti cəza və 30 sutka islah olunmaqla on ay müddətinə azadlıqdan məhrum edib. O, həmçinin alkoqol asılılığından 6 ay müalicə almalı və 120 saatını ödənişsiz işlərdə keçirməli olacaq. Bundan başqa, Zeynalov 10 il ərzində seksual xarakterli cinayətlər törədən şəxslərin siyahısına salınıb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Azərbaycanlı jurnalist Britaniyada əxlaqsızlığa görə həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ