Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə 18-60 yaşarası insanlar üçün dördüncü doz peyvənd tövsiyə olunur

Bu ölkədə 18-60 yaşarası insanlar üçün dördüncü doz peyvənd tövsiyə olunur

Tarix: 26 Yanvar 2022 22:40

İsrailin Pandemiyaya Qarşı Mübarizə Qrupu və Peyvəndlər üzrə Məsləhət Komitəsi ən azı beş ay əvvəl sağalmış və üçüncü dozu almış 18-60 yaş arası vətəndaşlar üçün dördüncü doz koronavirus peyvəndinin vurulmasını tövsiyə edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dördüncü dozu qəbul etdikdən sonra insanın ağır xəstəlikdən 3-5 dəfə, yoluxmadan isə 3 doz qəbul edənlərlə müqayisədə iki dəfə çox qorunduğunu göstərən müsbət məlumatlar əsasında belə qərar verilib. Yoxlamalar dördüncü dozu qəbul edən 400 min insan ilə ən azı dörd ay əvvəl üçüncü dozu qəbul edən 600 min insan arasında aparılıb.


Etiketlər:  ölkədə yaşarası insanlar üçün dördüncü peyvənd tövsiyə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ