Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 17:12
"Sabah"ın futbolçusu Amadu Diallo Azərbaycan Premyer Liqasının 3-cü turunda "Zirə" ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matçda hesabı açaraq “Sabah”ın heyətində ilk qolunu vuran qvineyalı yarımmüdafiəçi bildirib:
“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.