Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə qar insan boyunu ötüb - FOTO

Türkiyədə qar insan boyunu ötüb - FOTO

Tarix: 27 Yanvar 2022 08:46

Türkiyənin Ordu vilayətində yağan güclü qardan sonra maraqlı görüntülər yaranıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bəzi yerlərdə qarın hündürlüyü insan boyundan da hündürdür.

Belə ki, Akkuş rayonundan olan bir vətəndaş boyundan hündür qarın içərisinə girib. Fotoda təkcə əlləri görünənə kişinin görüntüsü sosial şəbəkələrdə diqqət çəkib.

Xüsusilə şəhərin yuxarı hissələrində fasilələrlə davam edən qar həyatı iflic edib.

Qarın qalınlığı orta hesabla 82 santimetr olaraq ölçülsə də, bəzi çox yüksəklikdə olan məhəllələrdə iki metrə çatıb.

Akkuş rayonunda 1450 hündürlükdə Kertil gəzinti sahəsində qarın insan hündürlüyünü aşdığı görünür.

Milli.Az


Etiketlər:  Türkiyədə qar insan boyunu ötüb FOTO


RƏYLƏR