Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu

Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu

Tarix: 3 Sentyabr 2019 17:36

Bakı. Trend:

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.

Trend-in məlumatına görə, mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.

Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ