Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 15:45
Müğənni Pərvin Lətifov "Azəriqaz"dan şikayətçi olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
"Bu gün çox maraqlı bir məsələ ilə rastlaşdım. Deməli, "Azəriqaz" hansısa səbəbdən qazı kəsir və sənin sayğacın kilidlənir. Zəng edirsən, 20 dəqiqədən sonra telefonun o başından bir zarımaq səsi gəlir. Deyirsən ki, vəziyyət budur. Deyir ki, iki manat yüklə, açılsın. Mənim iki manatım yoxdur, donum? Cavab: O sənin öz problemindir, istədiyin qədər qışqır!".
Çox maraqlıdır, iki manat olmasa və ya ödəmə terminalı uzaqda olsa, bu insan ailəsi ilə birlikdə soyuqdan donmalıdır?".