Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 21:52
Qara dəlikləri görmək imkanının hələ olmadığına baxmayaraq alimlər onların kainatın görünən hissəsindəki təqribi saylarını təyin etməyə nail ola biliblər. Alimlərin məlumatlarına əsasən onların sayı həddindən artıq çoxdur. Qeyd etmək lazımdır ki, alimlər ulduz kütləli qara dəliklərin saylarını təyin ediblər. Söhbət, tək və ya ikili ulduzların məhv olmalarından sonra yaranmış qara dəliklərdən gedir. Əldə olunmuş nəticə onu göstərir ki, qara dəliklər kainatın görünən hissəsindəki adi materiyanın 1%-ni təşkil edirlər. Daha dəqiq desək, kainatın görünən hissəsində ulduz kütləli 40 kvintilyon ədəd qara dəlik mövcuddur. Aparılmış tədqiqatda alimlər həmçinin qara dəliklərin birləşmələri faktorundan da istifadə ediblər.
Belə ki, qara dəliklərin birləşmələri nəticəsində yaranan qravitasiya dalğaları üzrə əldə edilmiş məlumatlar əsasında qara dəliklərin saylarını təyin etmək mümkündür. Nəticədə alimlər kainatın mövcud olduğu bütün müddət ərzində ulduz kütləli qara dəliklərin yaranma sürətlərini təyin etməyi bacarıblar. Alimlərin sözlərinə əsasən hal hazırda kainatın görünən hissəsində ulduz kütləli 40 kvintilyon qara dəlik olmalıdır. Bununla belə ən yüksək kütləli qara dəliklər ikili qara dəliklərin birləşmələri nəticəsində yaranıblar. Alimlər həmçinin erkən kainatdakı ulduz kütləli qara dəliklərin saylarını da təyin edə biliblər. Bu, çox vacib məsələdir. Belə ki, kainatın yaranmasından sonrakı ilkin mərhələlərdə super kütləli qara dəliklərin necə yarandıqları hələ də məlum deyil.