Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 16:40
"Hələ fəth etmək istədiyim səhnələr var. Onların arasında yarışmalar, mükafat mərasimləri var. Arzuya addımlamaq üçün planlar cızmaq lazımdır. Mən nə etmişəm ki? Çox azdır bunlar".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV səhər" proqramına açıqlamasında deyib. Müğənni jurnalist Əli Novruzəliyevin suallarını cavablandırıb:
"Səhnə arxasında yaşananları bilmirsiniz. Bir dəfə onu göstərsək, müğənni olmaq istəyən sənətə gəlməz. Elə çətin günlərim olub ki... Oradan kimsə sağ çıxar? Amma qurbanolduğum məni sağ çıxarıb. Baxıram ki, necə burdan sağ çıxmışam? Bir iş görəndə qorxuları düşünmürəm. Çünki qorxular insanı dala çəkir.
Mən də ideal deyiləm, üzərimdə çalışıram. Hansısa xüsusiyyətləri uzaq tuturam özümdən. Kin, nifrət insanı daxildən xəstələndirir, yataq xəstəsi olma vəziyyətinə belə gətirir".
Fanatlarından danışan Kazımova "Mənə görə dava edənlər olub. Əlbə-yaxa olan fanatım olub... Deyirəm, niyə dava edirsiz? Deyir, dözə bilmirəm, az qalırdım onu öldürəm. Mənə elə sürprizlər ediblər ki... Bu dəfə Aygün zeytun bağı saldılar. Təbiəti, heyvanları sevirəm. Hər zaman deyirəm ki, sənətimi bitirəndən sonra çoban olacağam" sözlərini əlavə edib.