Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Oğlum ona nə vaxt telefon alacağımı soruşur” - Ronaldo

“Oğlum ona nə vaxt telefon alacağımı soruşur” - Ronaldo

Tarix: 29 Yanvar 2022 08:14

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo müasir texnologiyanın müsbət və mənfi tərəflərindən danışıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu oğlu Junior Kriştianoya hələ də telefon almadığını söyləyib:

"İcazə verin, məsələni Junior Kriştianonun timsalında deyim. Mənim böyük oğlumun 12 yaşı var. Davamlı olaraq nə vaxt mobil telefonunun olacağını soruşur. Həmişə mən ona cavab verirəm ki, vaxtı gələndə sənin də telefonun olacaq. Texnologiyadan yararlanmalısan, amma ona aludə olmaq lazım deyil. Bəzən telefonu bir müddətlik oğluma verirəm, amma həmişə yox. Uşaqlara telefonları hər zaman deyil, müəyyən müddətə vermək lazımdır".


Etiketlər:  Oğlum vaxt telefon alacağımı soruşur Ronaldo


RƏYLƏR