Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı sentyabrın 27-dən turist vizaları verməyə başlayacaq

Səudiyyə Ərəbistanı sentyabrın 27-dən turist vizaları verməyə başlayacaq

Tarix: 4 Sentyabr 2019 03:00

Bakı. Trend:

Səudiyyə Ərəbistanı 27 sentyabr tarixində xarici vətəndaşlara turist vizaları verməyə başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Məlumata əsasən, vizalar 51 dövlətin vətəndaşlarına 90 gün müddətinə veriləcək, icbari tibbi sığorta daxil olmaqla vizanın qiyməti 118 dollar olacaq.

Səudiyyə Ərəbistanı hakimiyyəti onlayn viza prosesinin cəmi bir neçə dəqiqə çəkəcəyini və xarici vətəndaşların bunun üçün səfirliklə əlaqə qurmasına ehtiyac qalmayacağını vəd edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səudiyyə Ərəbistanı sentyabrın dən turist vizaları verməyə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ