Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu çayla sağlam arıqlayın

Bu çayla sağlam arıqlayın

Tarix: 30 Yanvar 2022 16:15

Nanə iştahanı azaltmağa yardımçı olan güclü qoxuya malikdir. Bunun üçün ancaq bu bitkinin çayını içməyinizə də ehtiyac yoxdur. Təzə nanənin yarpaqlarını çeynəmək də bu prosesdə sizə yardımçı olacaq. Əgər ürəyinizdən şirniyyat yemək keçirsə, o zaman nanə çayı içməyinizi tövsiyə edirik.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, nanə çayı iştaha ilə yanaşı, mədə-bağırsaq prosesini normaya salır. Tədqiqatçılar nanə qoxusu ilə stresi azaltmağın mümkün olduğunu müəyyən ediblər. Arıqlayan zaman kortizol səviyyəsi yüksəlir, bu da stresə səbəb olur. Bu, həm də həzm prosesini pozur. Sakitləşdirici aroması və təsiri ilə nanə çayı çəki atan zaman yaranan gərginliyi də aradan qaldırır.

Arıqlamaq üçün kalori yandırmaq lazımdır. Yediyinizdən daha çox kalori yandırsanız, arıqlayacaqsınız. Nanə çayının tərkibində az miqdarda kofein və katexin var. Bu kimyəvi maddələr temperaturu yüksəldir və maddələr mübadiləsini sürətləndirir. 

Arıqlamaq istəyən insanlar üçün idman çox vacibdir. Nanə çayı bədənin müqavimətini artıraraq daha uzun müddət hərəkət etməyinizə kömək edəcək.

Nanə şişkinliyin qarşısını alır, qarın əzələlərini rahatladır və öd axınını artırır, beləliklə yağların həzmini yaxşılaşdırır. Nanə sinə ağrısı, şişkinlik və ishal kimi bağırsaq simptomlarını müalicə etmək üçün də əvəzsizdir. 

Nanə çayının digər faydaları arasında beyin funksiyalarını yaxşılaşdırmaq, ağız qoxusunu azaltmaq, rahat yatmağı təmin etmək, immuniteti artırmaq yer alır.


Etiketlər:  çayla sağlam arıqlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ