Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 21:28
"Tesla" çərşənbə günü gözləniləndən daha yüksək olan dördüncü rüb nəticələrini açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət tədarük zənciri problemlərinin 2022-ci ildə davam edəcəyini bildirdikdən sonra, çərşənbə günü səhmlər 5%-ə qədər azalıb. Lakin yenidən artım tempi qeydə alınıb.
Hesabatda qeyd olunub ki, elektromobil istehsalçısı dördüncü rübdə 2,32 milyard dollarlıq xalis mənfəət əldə edib. Şirkət bir səhm üçün 2,05 dollar qazanıb.
Eyni zamanda bildirilib ki, satışlar bir il əvvəl 10,7 milyard dollardan 65% artaraq 17,7 milyard dollara çatıb.