Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 08:22
Şotlandiyada yaşı 22-dən aşağı olan sakinlər avtobuslarda pulsuz gediş hüququ əldə ediblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı qərar ötən gün qüvvəyə minib.
Məlumata görə, yeni qayda təxminən 930.000 nəfəri əhatə edir.
Gediş haqqının bir qismi nəqliyyat şirkətlərinə Şotlandiya hökuməti tərəfindən ödəniləcək. Hökumət bu şirkətlərə yaşı 5-dən 15-ə qədər olan hər sərnişin üçün biletin qiymətinin 43,6 faizini və 16-21 yaşlarında olan hər sərnişin üçün biletin qiymətinin 81,2 faizini ödəyəcək.