Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 08:24
Ermənistan Prezidenti Armen Sarkisyan müəyyən edilmiş həftə ərzində istefasını geri götürməyib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti spikerinin mətbuat katibi Tsovinar Xaçatryan "RİA Novosti"yə bildirib.
"Sarkisyan bunun üçün ayrılmış həftə ərzində istefasını geri götürməyib. Onun istefası protokolun dərcindən sonra qəbul edilmiş sayılacaq", - Xaçatryan qeyd edib.
Xatırladaq ki, A.Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.